featured-image-84869

“Real”ın yarımmüdafiəçisi Cud Bellinqem İngiltərə millisində məhsuldar ötürmələri ilə diqqət çəkib.

Msport.az xəbər verir ki, futbolçu 2026-cı ildə yığmanın heyətində 6 qol ötürməsi edib.

Bu, İngiltərə millisində 2019-cu ildən bəri bir təqvim ili ərzində qeydə alınan ən yüksək göstəricidir. Həmin il Rahim Sterlinq də 6 məhsuldar ötürmə ilə yadda qalmışdı.

Bellinqem ilin qalan oyunlarında daha bir qol ötürməsi edəcəyi təqdirdə, Sterlinqin göstəricisini geridə qoyacaq.

Bənzər xəbərlər