featured-image-44234

“Bir tərəfdən, “Bayer”lə yenidən qarşılaşmaq çox xoş olacaq. Digər tərəfdən isə, bu, növbəti mərhələlərdə baş versəydi, daha yaxşı olardı”.

Msport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Andrey Lunyov UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer” komandasına rəqib olmaları barədə Rusiya mətbuatına müsahibəsində deyib.

33 yaşlı qolkiper bildirib ki, bu raundda nisbətən asan rəqiblə düşmək daha yaxşı olardı: “Bunun müsbət tərəfi odur ki, artıq “Bayer”lə iki dəfə oynamışıq, bizə tanış komandadır. Rəqibin necə oynaması, onlara qarşı necə mübarizə apara biləcəyimiz, güclü və zəif tərəfləri barədə anlayışımız var. Təbii ki, mənfi məqamlar da öz yerində. Bu, futboldur. İstənilən komanda ilə oynamaq olar”.

Qeyd edək ki, “Qarabağ” “Bayer”ə qarşı ilk oyununu martın 7-də Bakıda, cavab matçını isə 1 həftə sonra Leverkuzendə keçirəcək.

Bənzər xəbərlər