featured-image-42545

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Yurgen Kloppun mövsümün sonunda “Liverpul”u tərk edəcəyi ilə bağlı açıqlamasına münasibət bildirib.

Msport.az xəbər verir ki, suala yumoritsik cavab verən ispaniyalı mütəxəssis bunları söyləyib:

“Artıq daha yaxşı yatacağam (gülür). “Liverpul”a qarşı oyunlar az qala kabusa çevrilmişdi. Təbii ki, o da darıxacaq. Hamı kimi mən də şoka düşdüm. Xəbərlərə qulaq asanda hiss etdim ki, “Mançester Siti” nəsə itirəcək. “Liverpul” bizim ən böyük rəqibimizdir və şəxsən Klopp həyatımda gördüyüm ən yaxşı rəqibdir.

Premyer Liqa onun xarizması və şəxsiyyəti üçün darıxacaq.Onun yanaşmasına, pozitivliyinə, həmişə hörmətlə yanaşmışam. Təbii ki, ona ən yaxşısını arzulayıram. Bundan sonra “Liverpul” üçün daha çətin olacaq”.

Qeyd edək ki, Yurgen Klopp 2015-ci ildən “Liverpul”a başçılıq edir.

Bənzər xəbərlər