featured-image-82094

“Atletiko” iki futbolçusunu icarəyə verib.

Msport.az xəbər verir ki, Madrid klubunun rəsmi saytı bu haqda məlumat yayıb.

Vitse-kapitan Xose Mariya Ximenes İspaniyanın digər klubu “Deportivo”ya (La-Korunya) yollanıb. 31 yaşlı uruqvaylı futbolçu 2013-cü ildən “Atletiko”da çıxış edirdi.

Fransalı Toma Lemar isə 1 il müddətinə “Elçe”yə icarəyə gedib. 30 yaşlı yarımmüdafiəçi paytaxt klubuna 8 il əvvəl “”Monako”dan 72 milyon avroya transfer olunmuşdu. O, ötən mövsüm “Jirona”da icarədə olub.

 

 

 

 

Bənzər xəbərlər