featured-image-29788

“Beşiktaş”la xeyriyyə oyunundan sonra “Sabah”ın baş məşqçisi Murad Musayev mətbuat nümayəndələrinın qarşısına çıxıb.

Msport.az xəbər verir ki, o, yaxşı oyun alındığını vurğulayıb: “Bu gün yaxşı oyun alındı. Bakıya böyük klub gəlmişdi. Hər iki komanda açıq futbol sərgilədi. Futbolçularımız rəqibin Cenk Tosun və Vensan Abubakar kimi oyunçularından çəkinmədilər. Bu da xoşuma gəldi. Avrokuboklarda da belə mübarizə aparmağa çalışacağıq. Beşiktaş”la oyun, bəlkə də, Konfrans Liqasına hazırlıq xarakteri daşıyırdı”.

Bənzər xəbərlər