featured-image-48956

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan Avropa çempionatında mübarizəyə başlayıb.

Msport.az-ın məlumatına görə, ilk oyununda Belçika ilə üz-üzə gələn yığmamız 3:0 hesablı qələbə qazanıb.

Yığmamızın heyətində 25+1-ci və 35-ci dəqiqələrdə fərqlənən Vüsal İsayev dubl edib. Digər qolu isə 39-cu dəqiqədə Samir Həmzəyev rəqib qapısından keçirib.

Qeyd edək ki, Elşad Quliyevin yetirməkəri iyunun 3-də İtaliya, bir gün sonra Fransa yığması ilə üz-üzə gələcək.

Bənzər xəbərlər