featured-image-30097

UEFA Avropa Liqasında finalçılar müəyyənləşib. Msport.az xəbər verir ki, bu gecə yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Öz meydanında son saniyələrdə vurulan qolla “Sevilya” ilə bərabərə qalan (1:1)  “Yuventus” bu dəfə İspaniya səfərinə çıxıb.

Leverkuzen “Bayer”i isə 0:1 hesablı məğlubiyyətin revanşında doğma meydanda “Roma”nı qəbul edib. Oyunda hesab açılmayıb və Joze Mourinyonun komandası ilk finalçı olub.

Xatırladaq ki, Avropa Liqasının finalı mayın 31-də Budapeştdəki “Puşkaş Arena”da olacaq.

UEFA Avropa Liqası
Yarımfinal, cavab oyunları
18 may

23:00. “Sevilya” (İspaniya) – “Yuventus” (İtaliya) 2:1 

Qol: Suso, 72, Lamela, 95 – Vlahoviç, 65
Baş hakim: Denni Makkeli (Niderland)
Sevilya, “Ramon Sançes Pisxuan” stadionu
İlk oyun – 1:1

23:00. “Bayer” (Almaniya) – “Roma” (İtaliya) 0:0 
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Leverkuzen, “Bay Arena”
İlk oyun – 0:1

Bənzər xəbərlər