featured-image-84427

Əliyar Ağayev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

Msport.az xəbər verir ki, azərbaycanlı FİFA referisi  “Selta” (İspaniya) – “Yunion” (Belçika) matçını idarə edəcək.

Liqa mərhələsinin 4-cü turunun oyununda yan xətdə Zeynal Zeynalov və Akif Əmirəli iş başında olacaq. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.

Qeyd edək ki, İspaniyanın Viqo şəhərində noyabrın 5-dən 6-na keçən gecə  keçiriləcək  qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Bənzər xəbərlər