featured-image-84438

“Sabah”  UEFA Çempionlar Liqası Liqa mərhələsinin 4-cü turu çərçivəsində sabah səfərdə “Vikinq”in qonağı olacaq.

Msport.az xəbər verir ki, Norveç klubunun baş məşqçisi Byarte Lunde Aarsheym matçdan öncə mətbuat konfransında Azərbaycan çempionunu dəyərləndirib. O, əvvəlcə klubdakı iki baş məşqçli sistemdən danışıb:

“Klubumuzdakı idarəetmə sistemi və iki baş məşqçinin birgə fəaliyyəti bəzilərinə qeyri-adi görünə bilər. Lakin bu, bizim illərdir uğurla tətbiq etdiyimiz bir modeldir. Bu gün mətbuat konfransında həmkarım Morten Jensenin niyə iştirak etmədiyi ilə bağlı sualları başa düşürəm. Burada heç bir gizli məqam yoxdur. Biz vəzifə və öhdəlikləri həftəlik əsasda bölüşürük. Qısası, bu həftə komandaya rəhbərlik etmək və mətbuatın qarşısına çıxmaq növbəsi məndədir. Morten isə tamamilə komandanın oyun planına və taktiki hazırlıqlara fokuslanıb”.

Mütəxəssis futbolçuların durumundan və heyətin hazırlığından söz açıb: ”

Çempionlar Liqasında hər bir oyun bizim üçün böyük sınaqdır. Meydana ən hazırlıqlı futbolçuları buraxmalıyıq. Son məşqimizdə əsas hücumçumuz və bombardirimiz Peter Kristiansen ayaq əzələsində müəyyən bir sərtləşmə və ağrı hiss etdi. Buna görə də hazırlığı ehtiyat tədbiri olaraq yarımçıq saxlamalı oldu. Onun “Sabah”a qarşı oynaya biləcəyinə ümid edirik. Lakin tam risk etmək fikrində də deyilik. Digər futbolçularımızın fiziki və psixoloji durumu yüksək səviyyədədir və matça tam hazırdırlar”.

Byarte Lunde Aarsheym “Sabah”ı dəyərləndirərkən xoş sözlər səsləndirib: “Sabah” beynəlxalq arenada gənc komanda ola bilər. Lakin onların heyəti müxtəlif ölkələrdən gələn çox təcrübəli və dinamik oyunçulardan qurulub. Təhlillərimiz göstərir ki, xüsusilə əks-hücumlarda və sürətli keçidlərdə çox təhlükəli futbol oynayırlar. Komandama və kapitanımız Zlatko Tripicə də bildirdiyim kimi, rəqibi zərrə qədər də olsun qiymətləndirməmək kimi bir seçimimiz yoxdur. Avropada cəzalandırılmaq istəmiriksə, müdafiədə maksimum nizam-intizamlı olmalı və oyun tərzimizi diktə etməliyik”.

Bənzər xəbərlər