featured-image-57957

“Qarabağ” UEFA Avropa Liqasında növbəti oyununu keçirib.

Msport.az xəbər verir ki, Ağdam təmsilçisi Bakıda Fransanın “Lion” klubunu qəbul edəcək edib. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Lion”un heyətində qolları Jorj Mikautadze (2 qol), Korentin Tolisso və Malik Fofana vurublar. “Qarabağ”ın yeganə qoluna isə penaltidən Olavio Juninyo imza atıb.

Qeyd edək ki, Avropa Liqasının əsas mərhələsində bir qələbəsi olan “Qarabağ” növbəti görüşünü dekabrın 12-də səfərdə “Elfsborq”a qarşı keçirəcək.

Bənzər xəbərlər