Avropa Liqası: "Qarabağ" bu gün "Braqa"nın qonağı olacaq
“Qarabağ” bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində ilk matçına çıxacaq.
Msport.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Portuqaliyada “Braqa” ilə üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. Matçın baş hakimi Danimarkadan olan Morten Kroq olacaq.
UEFA Avropa Liqası
00:00. “Braqa” (Portuqaliya) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Morten Kroq (Danimarka)
Braqa, “Estadio Municipal de Braga”
Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.