featured-image-55060

“Qarabağ” UEFA Avropa Liqasının I turunda ən çox ofsayda düşən klublardan biridir.

Msport.az xəbər verir ki, Ağdam təmsilçisi “Tottenhem”lə İngiltərədə keçirdiyi matçda altı dəfə bu halla üzləşib.

Azərbaycan çempionu bu göstəriciyə görə, “Roma” və “Olimpiakos”la birinci sıranı bölüşdürür.

Londondakı matçda “Qarabağ” 9 dəfə korner yerinə yetirib ki, bu baxımdan da 4-cü sırada qərarlaşır. “Qalatasaray” və “Porto”da da eyni göstərici var. Yalnız “Mançester Yunayted”, “Midtuyllan” və “Atletik” çempionumuzdan cəmi 1 korner çox yerinə yetiriblə.

Qeyd edək ki, “Tottenhem” – “Qarabağ” oyunu meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bənzər xəbərlər