Avropa Liqası: "Qarabağ"ın çempionluq şansı açıqlanıb - FOTO
Bu mövsüm UEFA Avropa Liqasının qalibi olmağa əsas namizəd komandalar açıqlanıb.
Msport.az xəbər verir ki, “Football Meets Data”nın tərtib etdiyi siyahıda çempionluğa iddialı klubların şansı faiz nisbətilə göstərilib. Statistika şirkəti “Qarabağ”ın çempionluq şansını 1 faiz olaraq dəyərləndirib.
“Football Meets Data”ya görə, Azərbaycan çempionunun pley-off, 1/4 final, yarımfinal və finala çıxmaq şansı, müvafiq olaraq, 35, 13, 5 və 2 faizdir.
Avropa Liqasının favoriti “Portu” (10 faiz) hesab olunur. İkinci sırada “Qarabağ”ın rəqiblərindən “Tottenhem” (9 faiz) qərarlaşıb. İlk “3-lüy” “Roma” (9 faiz) tamamlayır.
Sonrakı sıralama isə belədir.