featured-image-36483

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi məlum olub.

Msport.az xəbər verir ki, “köhlən atlar” sentyabrın 21-də, 1-ci turda Norveç “Molde”sini qəbul edəcək.

Ölkə çempionu 2-ci turda, oktyabrın 5-də İsveçdə “Hakken”in qonağı olacaq.

“Qarabağ” oktyabrın 26-da və noyabrın 9-da, müvafiq olaraq 3-cü (səfər) və 4-cü (ev) turlarda Almaniya “Bayer”i ilə üz-üzə gələcək.

Noyabrın 30-da, 5-ci turda “Molde”nin qonağı olacaq ağdamlılar dekabrın 14-də, sonuncu turda Bakıda “Hakken”i sınağa çəkəcək.

Bənzər xəbərlər