featured-image-46187

Avropa klublarının reytinq cədvəli yenilənib.

Msport.az xəbər verir ki, aprel ayı üçün siyahıda 415 ən güclü klub qərarlaşıb.

Azərbaycanın 4 komandası siyahıya düşüb. Onlardan ən yaxşı göstərici “Qarabağ”a məxsusdu. Ağdam təmsilçisi 293 xalla 65-ci pillədədi. Komanda ötən ayla müqayisədə mövqeyini qoruyub.

Üç addım irəliləyən “Neftçi” (27 xal) 237-ci mövqedədi. “Sabah”da 5 pilləlik geriləmə müşahidə edilib. Bakılılar 20 xalla 265-ci sırada qərarlaşıb. Aktivində cəmi 5 xal olan “Qəbələ” isə 6 pillə irəliləyərək 361-cı pillədə özünə yer tapıb.

Qeyd edək ki, siyahıya 2450 xalla “Real” başçılıq edir.

Bənzər xəbərlər