featured-image-38446

“Artıq komandada xarakter formalaşıb. Məğlubiyyətlərə baxmayaraq, yığmada yaxşı futbol keyfiyyətləri və oyun həvəsinin geniş vəhdəti çox şeyə nail olmağa imkan verir”.

Msport.az xəbər verir ki, bu sözləri Avstriya Futbol Federasiyasının prezidenti Klaus Mitterdorfer AVRO-2024-ün seçmə mərhələsində Bakıda Azərbaycan millisi ilə keçiriləcək oyundan öncə yerli mətbuata açıqlamasında deyib.

Funksioner bildirib ki, seçmə mərhələnin qarşıdakı iki matçında Avropa çempionatına vəsiqə əldə edəcəklərinə inanır: “Rəhbərlik etdiyim son üç-dörd ay ərzində bu komanda ilə tanış oldum. Hazırkı heyət mənə əminlik verir ki, biz növbəti iki oyunda Avropa çempionatına vəsiqə qazana bilərik”.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – Avstriya oyunu saat 20:00-da başlayacaq. Avstriya yığması bu matçda qələbə qazansa, final mərhələsinə vəsiqə əldə edəcək.

Bənzər xəbərlər