“Ayaks” 58 ildən sonra belə uduzdu!
“Ayaks” tarixinin ən acı məğlubiyyəti ilə ilə üzləşib.
Msport.az “Opta”ya istinadən xəbər xəbər verir ki, Amsterdam klubu Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin 3-cü turunda “Napoli”yə 1:6 hesabı ilə uduzub.
1964-cü ilin noyabrında “Ayaks” Niderland çempionatında “Feyenoord”a 4:9 hesabı ilə məğlub olmuşdu. Beləliklə, “Ayaks” ÇL-də həmin antirekordu təkarlayıb.
Niderland klubu 3 xal toplayaraq A qrupunda 3-cü yeri tutur.
Alfred Şröderin komandası növbəti matçda “Napoli” ilə səfərdə üz-üzə gələcək.