Ayın futbolçusu adına namizədlər
İspaniya La Liqasında noyabrın ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Msport.az xəbər verir ki, siyahıda 5 oyunçu yer alıb.
Namizədlər bunlardır:
Antuan Qrizmann (“Atletiko”) – 121 dəqiqə meydanda olub, 3 qol vurub, ötürmə dəqiqliyi 80 faiz.
Kilian Mbappe (“Real”) – 259 dəqiqə meydanda olub, 2 qol vurub, 1 qol ötürməsi verib, ötürmə dəqiqliyi 89,2 faiz.
Jerar Moreno (“Vilyarreal”) – 198 dəqiqə meydanda olub, 3 qol vurub, ötürmə dəqiqliyi 80,9 faiz.
Lamin Yamal (“Barselona”) – 267 dəqiqə meydanda olub, 2 qol vurub, 2 məhsuldar ötürmə verib, ötürmə dəqiqliyi 85,1 faiz
Mikel Oyarzabal (“Real Sosyedad”) – 270 dəqiqə meydanda olub, 1 qol vurub, 2 məhsuldar ötürmə verib, ötürmə dəqiqliyi 70,6 faiz.







