featured-image-37953

“Neftçi”nin müdafiəçisi Yuri Matias “Qarabağ”a qarşı keçirlicək matçla bağlı təsüratlarını bölüşüb.

Msport.az klubun televiziyasına istinadən xəbər verir ki, braziliyalı futbolçu Premyer Liqanın 9-cu turunda üz-üzə gələcəkləri “Qarabağ”la matça hazırlığın yüksək səviyyədə keçdiyini söyləyib:

“Oyundan-oyuna komandada inkişaf göz önündədir. Düşünürəm ki, “Qarabağ”la görüşə kimi tam hazır olacağıq. Həftəboyu üzərimizdə çalışırıq ki, oyun günü yaxşı vəziyyətdə olaq. Azarkeşlərlə birlikdə daha güclü oluruq. Azarkeşlərimizin “Qarabağ”la matçda bizi dəstəkləmələrini istəyirəm.

Ümid edirəm ki, mən də meydanda olacam, komandama kömək edə biləcəm. Amma buna baş məşqçi qərar verir. Təəssüf ki, ötən turda iştirak edə bilmədim. Buna baxmayaraq, komanda yoldaşlarım uğurlu çıxış edərək, “Turan Tovuz” üzərində səfər qələbəsi qazandılar”.

Oktyabrın 8-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu saat 19:30-da başlayacaq.

Bənzər xəbərlər