featured-image-42057

“Oyunda da nəyi planlaşdırmışdıqsa, yerinə yetirdik”.

Msport.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov “Qəbələ”yə yoxlama oyununda 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Mütəxəssis hazırlıq prosesinin istədikləri kimi keçdiyini bildirib: “Plana uyğun toplanışı başa vurduq. Oyunda da nəyi planlaşdırmışdıqsa, yerinə yetirdik. Hər hissədə fərqli heyətlə oynadıq. Bütün futbolçulara şans verdik, onlar da tapşırıqları yerinə yetirməyə çalışdılar. Bir sözlə, nəticədən asılı olmayaraq, faydalı toplanış və oyun oldu. Ən əsası matçı zədəsiz başa vurduq. Zədə üzündən toplanışa qatılmayan Orxan Əliyev və İsmail Azzaoui Bakıda komandaya qoşulacaq və rəsmi oyunlara qədər tam hazır olacaqlar”.

Bənzər xəbərlər