featured-image-40582

Minifutbol üzrə Azərbaycan çempionatında II turun təqvimi müəyyənləşib.

Msport.az xəbər verir ki, turun 8 matçının yarısı dekabrın 12-də, yarısı isə ertəsi gün keçiriləcək.

İlk gündə birinci turun məğlubları ilə qalibləri üz-üzə gələcəklər. Mövsümə qələbə ilə start verən komandalardan “Veteran”la “Zirə”, “Turan”la isə “İnter” qarşılaşacaqlar. Bu görüşlər dekabrın 13-də reallaşacaq.

Azərbaycan çempionatı
II tur

12 dekabr
19:15. “Siyəzən” – “Aznur”
20:30. “Dinamo Gəncə” – “Dirçəliş”
21:45. “Birbaşa Bakı” – “Atəşgah Suraxanı”
23:00. “Abşeron” – “Real Bakı”

13 dekabr
19:15. “Odlar Yurdu” – “Baku Fire”
20:30. “Veteran” – “Zirə”
21:45. “Turan” – “İnter”
23:00. “Galaxy” – “Sumqayıt”

Bənzər xəbərlər