featured-image-22310

Azərbaycan Premyer Liqasının 21-ci turunun son iki oyunu 1 dəqiqəlik sükutla başlayacaq. Msport.az xəbər verir ki, “Şamaxı” – “Turan Tovuz” və “Sabah” – “Səbail” matçlarından əvvəl Türkiyədə baş vermiş zəlzələ səbəbindən 1 dəqiqəlik sükut elan olunacaq.

Qeyd edək ki, sözügedən oyunlar bu gün müvafiq olaraq 14:00-da və 18:00-da start götürəcəklər.

Xatırladaq ki, Türkiyənin bir neçə şəhərində 7,4 bal gücündə zəlzələ baş verib. Son məlumatlara görə,  hadisə nəticəsində ölənlərin sayı 284-ə, yaralıların sayı 2323 nəfərə çatıb.

ANAR ABDULLAYEV 

Bənzər xəbərlər