Azərbaycan futbolunda şok hadisə - Sənədləri saxtalaşdıran məşqçi 6 aylıq cəzalandı
AFFA U-13 Liqasında iştirak edən “Baku Sporting” klubuna texniki məğlubiyyət verilib.
Msport.az xəbər verir ki, buna komandanın saxtakarlığa yol verməsi səbəb olub.
Belə ki, “Baku Sportinq”in heyətində yer alan Roman Bayandurovun adından lisenziyası olmayan Əli Hüseynov adlı şəxs meydana çıxıb. O, I turun “Zirə”, II turun “Modern FC”, III turun “Fənər Bakı”, IV turun EFA, V turun ROFM, VI turun “Zəngəzur”, VII turun “Xəzər Baku”, VIII turun “Neftçi” və IX turun “Xəzri Buzovna” (6:1) ilə matçlarında iştirak edib.
Komandanın həmin oyunlardakı nəticələri texniki məğlubiyyətlə əvəzlənib.
Sənədlərin saxtalaşdırılmasında iştirak etmiş “Baku Sporting” klubunun məşqçisi Şamil Məmmədov 6 ay şərti olmaqla 12 aylıq futbolla bağlı fəaliyyətdən kənarlaşdırılıb.