Azərbaycan güləşçisi DÇ-də gümüş medal qazandı
Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.
Msport.az xəbər verir ki, Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov (97 kq) turnirdə 2-ci yeri tutub. O, finalda Bəhreyn təmsilçisi Axmed Tajudinova məğlub olub və gümüş medal qazanıb.
Xatırladaq ki, Maqomedxan Maqomedov finala yüksəlməklə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
Alyona Kolesnik (59 kq) isə bu gün əvvəlcə təsəlliverici görüşdə macarıstanlı Tamara Dollakı vaxtından əvvəl mübarizədən kənarlaşdırıb – 10:0. Alyona bürünc medal uğrunda qarşılaşmada amerikalı Cenifer Rocersə “tuş”la uduzub və 5-ci yeri tutub.