featured-image-41867

Kosovonun “Lapi” klubunun baş məşqçisi Tahir Batatina Azərbaycandan təklif alıb.

Msport.az xəbər verir ki, bu barədə kosovolu mütəxəssis yerli mətbuata açıqlamasında deyib.

Lakin 47 çalışdırıcı həmin komandanın adını açıqlamayıb. Batatina Azərbaycanla yanaşı, Qazaxıstanın “Astana” və Moldovanın “Şerif” klublarının da maraq dairəsində olduğunu gizlətməyib.

Mütəxəssisin sözlərinə görə, hətta Tiraspol təmsilçisi ona illik 330 min avro maaş təklif edib.

Qeyd edək ki, Tahir Batatinanın “Lapi” ilə bu ilin yayınadək müqaviləsi var.

Bənzər xəbərlər