"Azərbaycan komandasının 11-12 milyonluq büdcəsi var"
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Sabah”ın rəqibi olan İrlandıyanın “Sent-Patriks” klubunun baş məşqçisi Stiven Kenni qarşıdakı oyun haqqında fikirlərini bildirib.
Msport.az xəbər verir ki, komandalar arasında cavab matçı avqustun 15-də Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək. İrlandiyadakı ilk görüşdə meydan sahibləri minimal hesabla qələbə qazanmışdılar – 1:0.
“Biz yeni qurulan və yaxşı nəticələrə ehtiyacı olan komandayıq. Avrokuboklarda əldə etdiyimiz nəticələr inanılmazdır. “Vaduts”a 5 qol vurmaq əla idi, həmçinin “Sabah”la ilk oyunumuz da.
Azərbaycan komandasının böyük büdcəsi var, təxminən 11-12 milyon avro. Heyətində müxtəlif ölkələrin milli komandalarının futbolçuları çıxış edir. Bizi Azərbaycanda çətin oyun gözləyir”.