featured-image-48420

Azərbaycan Kubokunda final oyununun biletlərinin qiyməti və satışa çıxarılacağı tarix məlum olub.

Msport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, biletlər mayın 25-dən etibarən “Liv Bona Dea Arena” və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında satışda olacaq.

Biletlərin qiymətləri yerlərdən asılı olaraq 5, 10, 15 və 50 manatdır.

Qeyd edək ki, iyunun 2-də “Qarabağ” və “Zirə” klubları arasında keçiriləcək həlledici qarşılaşma saat 20:00-da başlayacaq.

Bənzər xəbərlər