featured-image-77221

Azərbaycan Kubokunda bu gün ilk finalçı müəyyənləşəcək.

Msport.az xəbər verir ki, yarımfinalın cavab oyununda “Turan Tovuz” “Zirə”nin qonağı olacaq.

Qarşılaşma Zirə İdman Kompleksinin stadionunda, saat 19:00-da start götürəcək. Görüşün baş hakimi Əli Əliyev olacaq. İlk görüşdə “Zirə” iki cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər cavab matçı aprelin 22-də keçiriləcək. “Sabah” “Qarabağ”ı (ilk oyun – 2:2) qəbul edəcək.

Bənzər xəbərlər