Azərbaycan Kuboku: İlk 5 1/8 finalçı bəllidir
Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start verilib.
Msport.az xəbər verir ki, ilk oyun günü üçün nəzərdə tutulan 6 görüşdən 5-i başa çatıb.
Bu mərhələ bir görüşdən ibarət olduğundan, qalib gələn tərəf 1/8 finala yüksəlib. Beləliklə, “Baku Sportinq”, “Karvan-Yevlax”, “İmişli”, “Şəfa” və “Kəpəz” növbəti mərhələyə adlayıb.
Qeyd edək ki, II təsnifat mərhələsinin digər 6 oyunu isə sabah keçiriləcək.
“Göygöl” – “Baku Sportinq” – 0:2
Qollar: İ.Allahverdiyev, 40, 60
“Karvan-Yevlax” – “Şəki Siti” – 3:1
Qollar: S.İranxan, 16, Tompson Qavi, 105+1, Coy Mikels, 118 – N.Novruzov, 90+2
“Qaradağ Lökbatan” – “İmişli” – 2:3
Qollar: S.Allahquliyev, 28-pen. 69 – E.Rəhimzadə, 65, L.Silvestr, 81-pen.90+5
“Cəbrayıl” – “Şəfa” – 0:3
Qollar: A.Ebrahimzade, 25, 44, A.Yunanov, 84
“Kəpəz” – “Ağstafa Gəncləri” – 6:1
Qollar: Ş.Aşurov, 17, R.Hüseynli, 35, S.Şəfiyev, 42, Elcan Əbilov, 45, Şahnur İsmayılov, 63 (pen.), Donqo, 86 – E.Hüseynov, 69







