featured-image-62111

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilir.

Msport.az xəbər verir ki, bu gün ilk iki oyun keçiriləcək.

Son çempion “Qarabağ” “Səbail”i qəbul edəcək. Saat 16:00-da başlayacaq qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq. İlk görüşdə ağdamlılar 1:0 hesablı səfər qələbəsi qazanıb.

Saat 19:30-da “Sumqayıt”la “Sabah” birincilərin meydanında üz-üzə gələcək. Bakıdakı ilk matç qolsuz bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, 1/4 finalın digər cütlərində sabah “Zirə” – “Araz-Naxçıvan” (ilk oyun – 0:1) və “Neftçi” – “Kəpəz” (ilk oyun – 2:0) oyunları olacaq.

Bənzər xəbərlər