featured-image-43122

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir cavab oyunu keçirilib.

Msport.az-ın məlumatına görə, günün ikinci matçında “Qarabağ” “Sabah”la üz-üzə gəlib.

Qarşılaşma paytaxt təmsilçisinin 4:3 hesablı qələbəsi ilə bitib. “Bayquşlar”da 5-ci dəqiqədə Kristian da Silva, 27-ci dəqiqədə Jarl Marqarita, 58-ci və 69-cu dəqiqədə (p) İshak Belfodil fərqlənib. “Köhlən atlar”ın qollarını 30-cu dəqiqədə Hamidu Keyta, 61-ci dəqiqədə Adama Diakabi və 74-cü dəqiqədə Maruan Hadudi (avtoqol) vurublar.

76-cı dəqiqədə Riçar Aymeyda birbaşa qırmızı vərəqə alaraq meydan sahiblərini azlıqda qoyub.

İlk görüşdə 7:1 hesablı qələbəyə sevinən “Qarabağ” yarımfinala vəsiqə qazanıb. Komanda bu raundda “Neftçi” – “Sumqayıt” cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, daha əvvəl “Zirə” yarımfinala vəsiqəni təmin edib. 1/4 finalın digər cavab oyunları fevralın 9-da olacaq.

————————————————————

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına bu gün start veriləcək.

Msport.az xəbər verir ki, ilk olaraq iki qarşılaşma keçiriləcək.

“Zirə” doğma meydanda “Səbail”i qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda gerçəkləşən matç saat 17:00-da başlayacaq. İlk oyunda “qartallar” qələbə qazanıb – 2:1.

İkinci dueldə “Qarabağ” “Sabah”la üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq görüş saat 20:00-da başlayacaq. İlk oyunda Ağdam klubu 7:1 hesablı qələbəyə sevinib.

Azərbaycan Kuboku
1/4 final, cavab oyunları

8 fevral

17:00. “Zirə” – “Səbail” – 3:0
Qollar: Abbas İbrahim, 4. Rəhid Sadıxov, 42. Rafael Utziq, 74
İlk oyun – 2:1.

20:00. “Qarabağ” – “Sabah” – 3:4
İlk oyun – 7:1.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər cavab matçları fevralın 9-da keçiriləcək.

Bənzər xəbərlər