featured-image-43176

Futbol üzrə Azərbaycan Kubokunda daha iki yarımfinalçının adına aydınlıq gələcək.

Msport.azxəbər verir ki, 1/4 final mərhələsinin bugünkü ilk cavab oyununda “Qəbələ” “Araz-Naxçıvan”ı qəbul edəcək.

Qəbələ şəhər stadionundakı qarşılaşma saat 16:00-da başlanacaq. Bakıdakı ilk matçda qalib müəyyənləşməyib – 1:1. Cütün qalibi “Zirə”yə rəqib olacaq.

Bu raunda “Neftçi” – “Sumqayıt” görüşü ilə yekun vurulacaq. Oyun saat 19:00-da start götürəcək. Sumqayıtdakı ilk matçda “ağ-qaralar” qələbə qazanıb – 3:2. Mərhələ adlayan tərəf yarımfinalda “Qarabağ”la üz-üzə gələcək.

Azərbaycan Kuboku

1/4 final, cavab oyunları

9 fevral (cümə)

16:00. “Qəbələ” – “Araz-Naxçıvan” (ilk oyun 1:1)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Qəbələ şəhər stadionu

19:00. “Neftçi” – “Sumqayıt” (ilk oyun 3:2)
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Neftçi Arena”

Qeyd edək ki, daha əvvəl “Zirə” və “Qarabağ” yarımfinala yüksəlib.

Bənzər xəbərlər