Azərbaycan Kubokunda üç oyun
Azərbaycan Kubokunda 1/8 final mərhələsi bu gün başlayacaq.
Msport.az xəbər verir ki, ilk olaraq üç matç oynanılacaq.
“Səbail” “Qaradağ Lökbatan”ı, “Araz-Naxçıvan” “Mingəçevir”i sınağa çəkəcək. Premyer Liqa təmsilçilərindən “Turan Tovuz” və “Sabah” 1/4 final üçün münasibətlərinə aydınlıq gətirəcəklər.
Azərbaycan Kuboku
1/8 final
3 dekabr
15:00. “Qaradağ Lökbatan” – “Səbail”
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Vüqar Həsənli.
VAR: Tural Qurbanov.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
“ASCO Arena”
16:00. “Araz-Naxçıvan” – “Mingəçevir”
Hakimlər: Əkbər Əhmədov, Müslüm Əliyev, Şirmamed Mamedov, Səbuhi Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
“Liv Bona Dea Arena”
18:00. “Turan Tovuz” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Nicat İsmayıllı.
VAR: Rəşad Əhmədov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
Tovuz şəhər stadionu
Qeyd edək ki, 1/8 final mərhələsinin digər matçları dekabrın 4-də gerçəkləşəcək.