Azərbaycan kubokunun finalı bu stadionda olacaq
Futbol üzrə Azərbaycan kubokunun 2026-2027 mövsümünün final matçının keçiriləcəyi yer məlum olub.
Msport.az xəbər verir ki, final oyunu ilk dəfə Gəncə şəhər stadionunda keçiriləcək.
Bu barədə Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov feysbuk hesabında yazıb.
Qeyd edək ki, Azərbaycan kubokunun final matçı 2027-ci il mayın 12-də keçiriləcək







