featured-image-36876

Azərbaycan futbol millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxıb.

Msport.az xəbər verir ki, yığma V tur çərçivəsində Belçika ilə üz-üzə gəlib.

Canni De Byazinin rəhbərlik etdiyi komanda Bakıda Belçika yığmasını qəbul edib və 0:1 hesabı ilə uduzub. “Dalğa Arena”da keçirilən görüş saat 17:00-da başlayıb. Bu qələbə ilə Belçika 10 xalla turnir cədvəlində liderliyə yüksəlib.

Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 12-də eyni stadionda İordaniya seçməsi ilə yoldaşlıq görüşü keçirəcək.

AVRO-2024-ün seçmə mərhələsi
V tur
F qrupu
17:00. Azərbaycan – Belçika 0:1

Qol: Karrasko, 38

Baş hakim: Nenad Minakoviç (Serbiya)
Bakı, “Dalğa Arena”

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 4. Bəhlul Mustafazadə, 15. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov, 17. Toral Bayramov, 20. Aleksey İsayev, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Yusif İmanov, 2. Yusif Nəbiyev, 6. Höccət Haqverdi, 10. Mahir Emreli, 13. Emil Səfərov, 14. Elvin Bədəlov, 16. Elvin Camalov, 18. Rüstəm Əhmədzadə, 19. Filip Ozobiç, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı
Baş məşqçi: Canni De Byazi

Belçika: 12. Koen Kastels, 4. Vout Fas, 5. Yan Vertongen, 3. Artur Teat, 21. Timoti Kastan, 6. Amadou Onana, 8. Yuri Tilemans, 11. Leandro Trossard, 10. Yannik Karrasko, 19. Yohan Bakayoko, 9. Romelu Lukaku
Ehtiyat oyunçular: 1. Tomas Kaminski, 13. Mats Sels, 2. Zeno Debast, 7. Ceremi Doku, 14. Dodi Lukebakio, 15. Olivye Deman, 16. Amin əl-Dahil, 17. Şarl de Ketelar, 18. Orel Manqala, 20. Lois Openda, 22. Uqo Siqet, 23. Mişi Batşuayi
Baş məşqçi: Domeniko Tedesko

Xal durumu: Avstriya – 10 (4 oyun), Belçika – 7 (3), İsveç – 3 (3), Estoniya – 1 (3), Azərbaycan – 1 (3)

Bənzər xəbərlər