featured-image-38215

“Azərbaycan yığmasının son turda Serbiya ilə oyununun videoyazısını izləmişik. Yəni, bu komanda haqqında məlumatımız var”.

Msport.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Şimali İrlandiya yığmasının baş məşqçisi Tommi Rayt AVRO-2025-in seçmə mərhələsində Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.

60 yaşlı mütəxəssis matça yaxşı hazırlaşdıqlarını bildirib: “Görüşü səbirsizliklə gözləyirik. Məqsədimiz əlimizdəki təcrübəli oyunçulardan da istifadə edib nəticə qazanmaqdır. Son iki matçdakı nəticələr bizi məyus etsə də, Ukrayna ilə görüş oyunumuza müsbət təsir göstərməlidir. Çünki həmin qarşılaşmada çox yaxşı oynadıq və məğlubiyyətə layiq deyildik”.

Onun sözlərinə görə, Bakıya uzun səfər xeyli vaxtlarını alıb: “Ona görə də meydanda diqqətli olmalıyıq. Amma oyuna tam hazır olduğumuzu düşünürəm”.

Qeyd edək ki, bu gün “Azersun Arena”da keçiriləcək Azərbaycan – Şimali İrlandiya oyunu saat 18:00-da başlayacaq.

Bənzər xəbərlər