featured-image-39721

“Təəssüf ki, qrupdan çıxmaq şansımız qalmayıb. Buna baxmayaraq, Azərbaycan millisi ilə oyuna yüksək motivasiya ilə çıxacağıq”.

Msport.az xəbər verir ki, bu sözləri futbol üzrə İsveç millisinin kapitanı Viktor Lindelöf “AVRO-2024”ün seçmə mərhələsində Bakıda Azərbaycan yığmasına qarşı keçiriləcək oyundan əvvəl mətbuat konfransında deyib.

İngiltərənin “Mançester Siti” klubunda çıxış edən müdafiəçi bildirib ki, əsas məqsəd yaxşı oyun nümayiş etdirməkdir: “Rəqibə çətin anlar yaşatmaq istəyirik. Öz meydanımızda oynamayacağıq. Təbii ki, bu, qarşı tərəf üçün üstünlükdür. Tribunalardakı azarkeşlərin çoxu sabah Azərbaycan millisini dəstəkləyəcəklər. Düşünürəm ki, bu, bizim üçün problem olmayacaq”.

Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq Azərbaycan-İsveç görüşü saat 21:00-da start götürəcək.

Bənzər xəbərlər