featured-image-36996

Azərbaycan millisi bu gün beynəlxalq yoldaşlıq oyunu keçirib.

Msport.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda Bakıda İordaniya yığmasını qəbul edib.

“Dalğa Arena”da baş tutacaq görüş millimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

12 sentyabr

Beynəlxalq yoldaşlıq oyunu

20:00. Azərbaycan – İordaniya 2:1

Qollar: Emin Mahmudov, 45+1 (pen.). Renat Dadaşov, 79 – Nizar Əl Raşdan, 57
Baş hakim: Arda Kardeşler (Türkiyə).
Bakı. “Dalğa Arena”.

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov, 10. Mahir Emreli, 11. Ozan Can Kökçü, 20. Aleksey İsayev, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı

Baş məşqçi: Canni De Byazi

İordaniya: 1. Yazid Abu Layla, 3. Abdulla Nəsib, 5. Yazan Əl-Ərəb, 7. Anas Həmməd, 9. Ali Olvan, 13. Mahmud Almardi, 14. Nizar Əl-Rəşdan, 17. Racayi Ayed, 20. Həmzə Aldaradreh, 21. Mustafa Kamal, 23. Ehsan Həddad

Baş məşqçi: Hüsseyn Ammuta

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 9-da “Dalğa Arena”da AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Belçikaya 0:1 hesabı ilə uduzub. İordaniya isə yoxlama matçında Norveçə darmadağın olub – 0:6.

Bənzər xəbərlər