featured-image-29775

Hazırda Bakıda olan “Beşiktaş”ın baş məşqçisi  Şenol Güneş jurnalistlərə açıqlamasında Azərbaycan millisində işləmək üçün AFFA-dan təklif aldığını deyib.

Msport.az xəbər verir ki, təcrübəli mütəxəssis həmin vaxt bunu həyata keçirə bilmədiyini vurğulayıb: “Qarşı tərəfdən yaxınlıq hiss etdim. Hər şey mühitdən asılıdır. Məşqçilik karyeramın son dönəmlərini yaşayıram. Hazırda “Beşiktaş”ın sükanı arxasındayam. Amma əvvəllər belə təklif olub”

71 yaşlı mütəxəssis inkişafa töhfə verməyin önəmli olduğunu bildirib:  “İşlədiyiniz yerə xeyir verirsinizsə, orada iz qoyarsınız və hər zaman adınız çəkilər. “Beşiktaş”da da buna görə xoşbəxtəm. Bu hissi daha əvvəl “Trabzonspor” və Cənubi Koreya yığmasında da yaşadım. Məni özlərindən biri sayırlar”.

Təcrübəli mütəxəssis bundan sonra Azərbaycan millisinə rəhbərlik etməsinin qeyri-mümkün olduğunu söyləyib: “Mən olmasam belə, buraya fayda verə biləcək həmkarlarım gəlsə, sevinərəm. Amma iz qoymayacaqlarsa, gəlməsinlər”.

Bənzər xəbərlər