Azərbaycan millisinin heyəti açıqlandı
Msport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iyunun 1-də təlim-məşq toplanışına başlayacaq U-21 ayın 5-də Bratislavaya səfər edəcək və Slovakiya ilə görüşdən bir gün sonra geri dönəcək.
“Qarabağ” klubunun futbolçuları Azərbaycan Kubokunun final oyunundan sonra, iyunun 3-də kollektivə qoşulacaqlar.
Qeyd edək ki, Slovakiya – Azərbaycan matçı Senec Məşq Mərkəzində, Bakı vaxtı ilə saat 20:30-da, Azərbaycan – Bolqarıstan qarşılaşması isə “Liv Bona Dea Arena”da, saat 20:00-da başlayacaq.
Milliyə dəvət olunan futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
| S | AD / SOYAD | KLUB |
| 1 | Amin Ramazanov | Qarabağ |
| 2 | Xəyal Fərzullayev | Sumqayıt |
| 3 | Yusif İmanov | Sabah |
| 4 | Süleyman Damadayev | Şamaxı |
| 5 | İbrahim Ramazanov | Qəbələ |
| 6 | Seymur Məmmədov | Sabah |
| 7 | Cəlal Hüseynov | Arda Kardzali (Bolqarıstan) |
| 8 | Eşqin Əhmədov | Qəbələ |
| 9 | Abdulla Rzayev | Araz-Naxçıvan |
| 10 | Rüfət Əhmədov | Kəpəz |
| 11 | Rüfət Abbasov | Neftçi |
| 12 | Mirəli Əhmədov | Araz-Naxçıvan |
| 13 | Mahir Həsənov | Kəpəz |
| 14 | Qurban Səfərov | Şamaxı |
| 15 | Samir Məhərrəmli | Şamaxı |
| 16 | Elcan Əbilov | Neftçi |
| 17 | Ramin Nəsirli | Araz-Naxçıvan |
| 18 | Xəyal Əliyev | Sabah |
| 19 | Murad Vəliyev | Nomme United (Estoniya) |
| 20 | Fərid Yusifli | Turan Tovuz |
| 21 | Şahin Şahniyarov | Qəbələ |
| 22 | Zeynəddin Abdurahmanov | Səbail |
| 23 | Samir Abdullayev | Səbail |
| 24 | Ağadadaş Salyanski | Neftçi |
| 25 | Nəriman Axundzadə | Qarabağ |







