featured-image-38465

“Matç asan keçmədi. Rəqibin nəyə qadir olduğunu bilirdik”.

Msport.az xəbər verir ki, bunu Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik Bakıda Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra deyib.

Almaniyalı mütəxəssis Azərbaycan seçməsini analiz etdiklərini bildirib: “Ancaq qələbəyə köklənmişdik. Buna da nail olduq”.

Ranqnik oyunçuların qələbədən sonra mahnı oxuduğunu söyləyib: “Öz üzərimizdə işləməli və daha da irəli getməliyik. Kollektivdə hər şey yaxşıdır. Futbolçular bir-birilərini başa düşürlər”.

Baş məşqçi meydanda mübahisələrin normal olduğunu bildirib: “Biz bunu dəfələrlə görmüşük. Oyunçular bəzən özlərindən çıxırlar”.

Bənzər xəbərlər