Azərbaycan yığması seçmə mərhələdə ilk oyununa çıxır
19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının ilkin seçmə mərhələsində ilk oyununa çıxacaq.
Msport.az xəbər verir ki, komandamız Monteneqro yığması ilə qarşılaşacaq.
Xorvatiyanın Poreç şəhərindəki “Veli Joze” stadionunda keçiriləcək oyunu Niderland və Xorvatiyadan olan hakimlər idarə edəcəklər.
AÇ-nin seçmə mərhələsi
4 oktyabr
17:30. Monteneqro – Azərbaycan
Baş hakim: Marisca Overtoom (Niderland).
Baş hakimin köməkçiləri: Diana Snoeren (Niderland), Ivona Pejic (Xorvatiya).
Dördüncü hakim: Jelena Kumer (Xorvatiya).
Poreç. “Veli Joze” stadionu.