featured-image-45780

“Azərbaycan və Rusiya çempionatları arasında oxşarlıq çox deyil”.

Msport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov ölkəsinin mətbuatına açıqlamasında deyib.

33 yaşlı qolkiper Azərbaycan Premyer Liqasında komanda, oyunlar zamanı tribunalarda isə azarkeş sayının az olduğunu bildirib: “Elitada cəmi 10 komanda var. Həm də yarıboş tribunalar… Rusiya çempionatında “Zenit” və “Krasnodar”ın oyunlarında stadion dolu olur. Azərbaycanda isə fərqlidir. Liqada 10 komanda mübarizə aparır. Tutumu 10-15 min olan stadionlara cəmi 2-3 min azarkeş gəlir. Bu, üzücü məqamdır”.

Qeyd edək ki, Andrey Lunyov 2023-cü ilin avqustunda “Qarabağ”a keçib. O, cari mövsüm Ağdam təmsilçisinin heyətində 25 oyunda 32 qol buraxıb, 8 matçda isə qapısını toxunulmaz saxlayıb.

Bənzər xəbərlər