"Azərbaycanda braziliyalı legionerlərə üstünlük verirlər" - "Fehervar"ın idman direktoru
“Qəbələ”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Macarıstanın “Fehervar klubunun idman direktoru İştvan Şalloy püşkü dəyərləndirib. Msport.az xəbər verir ki, o, məqsədlərinin növbəri mərhələyə yüksəlmək olduğunu bildirib:
“Bilirik ki, Azərbaycan Premyer Liqasında braziliyalı legionerlərə üstünlük verirlər. “Qəbələ”də daim rəqibi təhlükə altında saxlayan 4 “sambaçı” çıxış edir (Amma ötən mövsüm “Qəbələ”nin heyətində 3 braziliyalı olub – red). “Qəbələ” narahat rəqibdir. Amma heç nəyə baxmayaraq, irəliləmək istəyirik”.
Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları 21 – 28 iyulda olacaq.