Rusiyadan “Barselona”nı izləməyə gəlmişdi, Bakıda vəfat etdi
UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən “Sabah” – “Barselona” oyununu izləmək üçün Rusiyadan Azərbaycana gələn azarkeş stadionda vəfat edib.
Msport.az xəbər verir ki, hadisə matçın ikinci hissəsində Bakı Olimpiya Stadionunda qeydə alınıb.
Rusiyanın Krasnoyarsk diyarından Bakıya gəlmiş 1987-ci il təvəllüdlü Anton Aleksandroviç Petrişşevin qəfil halı pisləşib. O, stadionda vəfat edib.
Mərhumun meyiti müayinə üçün morqa təhvil verilib. İlkin ehtimala görə, azarkeşin ölümünə ürək tutması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.







