featured-image-83713

Qarabağ”ın sabiq qapıçısı Mateuş Koxalski Polşa mətbuatına müsahibə verib.

Msport.az xəbər verir ki, verir ki, hazırda Polşanın “Veçista Krakov” klubunun formasını geyinən qolkiper goal.pl” saytının əməkdaşı ilə söhbətdə Azərbaycan Premyer Liqası ilə Ekstraklsanı müqayisə edib.

26 yaşlı futbolçu Polşa çempionatının səviyyəsinin daha üstün olduğunu qeyd edib:

“Düşünürəm ki, Polşa Ekstraklasında hər şey daha yaxşıdır. Hər şey. Azərbaycanda buradakından yaxşı olan heç nə yoxdur.

“Qarabağ” Polşada ilk üçlük uğrunda mübarizə apara bilər. Bəli, məhz “Qarabağ”. Çempionlar Liqasına vəsiqə qazanan “Sabah” da yüksək yerlərdən birini tuta bilər. Azərbaycan çempionatının digər komandaları isə bizim liqada qalmaq üçün ciddi çətinlik çəkərdilər”.

Polşa millisinin son toplanışında iştirak edən qapıçı yenidən yığmaya dəvət almaq istədiyini də bildirib:

“Bilirəm ki, baş məşqçi məni izləyəcək. Sadəcə, mümkün qədər yaxşı oynamalı və az qol buraxmalıyam. Əlimdən gələn budur. Dəvət alacağıma ümid etmirəm, amma çağırsalar, sevinərəm. Bu mövqeyə çoxlu namizəd var. Ona görə də milliyə düşmək və orada qalmaq üçün daha da yaxşı olmalıyam”.

 

Bənzər xəbərlər