featured-image-85390

Türkiyə Superliqasında 13-cü turun oyunları keçirilir.

Msport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi “Erzurumspor” səfərdə “Fənərbağça”nın qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 53-cü dəqiqədə Oğuz Aydın, 57-ci dəqiqədə Milan Şkriniar və 88-ci dəqiqədə Meyson Qrinvud vurular. Nəriman Axundzadə görüşün 81-ci dəqiqəsində meydana daxil olub.

Bu məğlubiyyətdən sonra 14 xalda qalan “Erzurumspor” turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. “Fənərbağça” isə 23 xalla 5-ci sıradadır.

Bənzər xəbərlər