featured-image-85388

İngiltərə Premyer Liqasının XII turunda Londonun “Arsenal” “Mançester Siti” ilə heç-heçə edib.

Msport.az xəbər verir ki, Londondakı “Emirates” stadionunda keçirilən matç 2:2 hesabı ilə başa çatıb.

Hesabı 35-ci dəqiqədə Erlinq Haland açıb, Kay Havertz 5 dəqiqə sonra hesabı bərabərləşdirib. Enzo Fernandes 48-ci dəqiqədə yenidən “şəhərlilər”ə hesabda üstünlük qazandırıb, Yurrien Timber 83-cü dəqiqədə hesabı 2:2 edib.

“Arsenal” bu oyundan sonra 29 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edir, “Mançester Siti” 23 xalla ikinci yerdədir.

Bənzər xəbərlər