featured-image-42263

Azərbaycanda 2 voleybol klubu dağılıb.

Msport.az xəbər verir ki, kişilər üzrə Azərbaycan çempionatında çıxış edən “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandaları rəsmən buraxılıb.

Bu barədə hər iki klubun təsisçisi olan İlqar İmamquliyev sosial şəbəkə hesablarından paylaşım edib.

Qeyd edək ki, klub sponsorsuzluq ucbatından dağılmağa məhkum olub. Cari mövsüm Azərbaycanı avrokuboklarda təmsil etmiş yeganə kişi komandamız olan “Xarı Bülbül Şuşa” bunadək çempionatda 5 qələbə qazanmış və 16 xalla liderlər sırasında qərarlaşmışdı. Bu 2 klubun dağılması ilə çempionatda komandaların sayı 4-ə endi. İndi Azərbaycan Voleybol Federasiyasının bu 2 komandanın qarşıdakı oyunları ilə bağlı nəticələrə dair qərarı maraqla gözlənilir.

Bənzər xəbərlər