featured-image-37049

“Azərbaycandakı şərait bizim kimi texnikalı komandanın oyununu çox çətinləşdirdi”.

Msport.az xəbər verir ki, bunu Belçika yığmasının futbolçusu Leandro Trossard Azərbaycan komandasına 1:0 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələsinin matçı barədə danışarkən deyib.

29 yaşlı vinger Estoniyaya 5 cavabsız qolla qalib gəldikləri dünənki matçı xüsusi vurğulayıb: “Biz göstərdik ki, yaxşı meydanda futbol oynaya və çox qol vura bilərik. Qələbələr sayəsində final mərhələsinə daha da yaxınlaşdıq”.

İngiltərə “Arsenal”ında çıxış edən Trossard baş məşqçiləri Domeniko Tedesko haqqında da danışıb: “Mən onun etimadını hiss edirəm. Tedesko Azərbaycana qarşı yaxşı çıxış etdiyimi söylədi”.

Bənzər xəbərlər